Cavid Hüseynov nə “qalacam”, nə də “gedəcəm” deyir

16.06.2023 14:56 288
Aktual / Ölkə futbolu
“Şamaxı” ötən mövsümün yekunlarına əsasən sonuncu yeri tutaraq premyer-liqanı tərk etdi. Lakin bu hələ rəsmən təsdiqlənməyib.

"Football-plus.az" AFFA İcraiyyə Komitəsinin sabah keçiriləcək iclasından sonra bir çox məsələ ilə yanaşı, bölgə təmsilçisinin də taleyinə aydınlıq gələcək.

Hələ ki klubda sükut hökm sürür. Mətbuatda bölgə təmsilçisində bəzi vacib dəyişikliklərin baş tutduğu yazılır. Bunlardan biri də “Şamaxı”ın məşqçilər korpusunun klubu tərk etməsidi.

Xatırlayırsızsa, ötən sayımızda Vüqar Əsgərlinin komandadan ayrılıb-ayrılmayacağına aydınlıq gətirmişdik. Baş məşqçi klub 1-ci diviziona düşsə belə, rəhbərliklə anlaşıb fəaliyyətinə davam etmək istədiyini demişdi. Bənzər hadisə indi də Cavid Hüseynovun ətrafında cərəyan edir. Bəzi media qurumları yazır ki, mütəxəssis komanda ilə yolları ayırıb. Onunla birgə “Şamaxı”ya gələn digər mütəxəssislər – Elhad Nəziri, qapıçılar üzrə məşqçi Anar Niftəliyev və Şərafəddin Hüseynov da yeni müqavilə imzalamayıb.

Qeyd olunanların həqiqətə uyğun olub-olmadığını öyrənmək məqsədilə Cavid Hüseynovla əlaqə saxladıq:

“Bu xəbərləri mən də görmüşəm. Doğru deyil. “Şamaxı” ilə ikiillik müqavilə bağlamışdım ki, onun da bitməsinə hələ 1 il qalıb. Dəqiq “qalacam” və ya “gedəcəm” deyə bilmərəm. AFFA-nın İcraiyyə Komitəsinin iclasından sonra klubdaxili iclas keçiriləcək. Həmin iclasda qərarımı açıqlayacam. Kəsəsi, hələ ki “Şamaxı”dayam”.


KƏNAN BAHADIR