"Sumqayıt"ın rəqibindən yeni transfer

18.07.2024 17:24 301
Dünya futbolu
“Sumqayıt”ın Konfrans Liqasının 2-ci təsnifat mərhələsindəki rəqibi “Fehervar” heyətini yeni oyunçu ilə gücləndirib.

"Football-plus.az" xəbər verir ki, Macarıstanın təmsilçisi ölkənin digər klubu MTK-nin hücumçusu Matyas Kovaçı bir mövsümlük icarəyə götürüb. 21 yaşlı futbolçu Macarıstanın U-21 millisinin şərəfini qoruyur.

“Sumqayıt”la “Fehervar” arasında ilk matç iyulun 25-də, cavab qarşılaşması isə 31-də olacaq.