"Sumqayıt"ın “Fehervar”la cavab oyununun tarixi dəyişdi

24.06.2024 12:13 307
Ölkə futbolu
"Sumqayıt"ın Konfrans Liqasının 2-ci təsnifat mərhələsində qarşılaşacağı “Fehervar”la cavab qarşılaşmasının keçirilmə tarixi dəyişdirilib.

"Football-plus.az" klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, UEFA-nın qərarına əsasən oyun nəzərdə tutulduğu kimi 1 avqust tarixində deyil 31 iyulda keçiriləcək.

Qeyd edək ki, cütün ilk oyunu iyulun 25-də Azərbaycanda olacaq.