Zamiqin komandası ÇL-də mübarizəni dayandırdı

18.07.2024 10:19 323
Ölkə futbolu / Avrokuboklar
Zamiq Əliyevin formasını geydiyi “Eqnatiya” Çempionlar Liqasında mərhələ adlaya bilməyib.

"Football-plus.az" xəbər verir ki, Albaniya çempionu I təsnifat mərhələsinin cavab görüşündə "Borats"ı qəbul edib. İlk oyunda 1:0 qalib gələn Bosniya və Hersoqovina çempionu Albaniyadakı görüşdə 1:2 uduzub.

Qalib penaltilər seriyasında müəyyənləşib. Burada daha dəqiq olan "Borats" mərhələni adlayıb.

Matça start heyətində çıxan Zamiq 105-ci dəqiqədə zədələnərək meydanı tərk edib.