"Ramil Şeydayev çempionluğa ciddi töhfə verəcək"

17.01.2024 16:48 231
Dünya futbolu
"Düşünürəm ki, Ramil Şeydayev vuracağı qollarla və edəcəyi məhsuldar ötürmələrlə çempionluğa ciddi töhfə verəcək".

"Football-plus.az" xəbər verir ki, bunu "Kocaelispor"un prezidenti Engin Koyun millimizin futbolçusunun keçidi ilə bağlı danışarkən deyib.

Funksioner transferin onlar üçün önəmli olduğunu bildirib:

"Millimizin hücumçusunu heyətimizə qatdıq. Ramil camiəmız üçün xeyirli olsun".

Qeyd edək ki, Tailandın “Buriram Yunayted” klubundan ayrılan Ramil Şeydayev “Kocaelispor”la 1,5 illik müqavilə bağlayıb.