Ramil Şeydayev “Kocaelispor”dan niyə icazə alıb? – meneceri açıqladı

5.07.2024 21:30 457
Dünya futbolu / Manşet
“Kocaelispor”da forma geyən Ramil Şeydayevlə bağlı yeni xəbərlər var.

Milli komandasının hücumçusu 1-ci liqa təmsilçisinin məşqlərində iştirak etmir. Türkiyə mediasında yayılan xəbərlərə görə, 28 yaşlı hücumçu məşqçilər heyətindən icazə alıb. Onun başqa kluba transferi ilə bağlı iddialar olduğundan bu icazə müəmma doğurdu.

Ramil hansı səbəbdən düşərgəyə qoşulmayıb? Sualımıza Şeydayevin meneceri Jarko Delikiçdən cavab aldıq. Onun “Football-plus.az”a cavabı:
“Ramil Azərbaycan millisi ilə toplanışda olduğu üçün bir neçə gün daha çox dincəldi. Hər hansı zədə və ya başqa problemi yoxdu. Bu qədər”.

Qeyd edək ki, Ramil artıq “Kocaelispor”un düşərgəsinə qoşulub.

RÖYANƏ OĞUZ