O da Səudiyyə Ərəbistanına yollanır

17.07.2024 20:50 323
Dünya futbolu
Pyer-Emerik Obameyanq tezliklə “Marsel”i tərk edəcək.

Təcrübəli hücumçu Səudiyyə Ərəbistanına yollanmağa yaxındı. “Foot Mercato”nun xəbərinə görə, 35 yaşlı qabonlu futbolçu yaxın vaxtlarda “Əl-Kadisiyə” klubu ilə müqavilə imzalayacaq.

Obameyanq ötən mövsüm bütün turnirlərdə 51 oyunda iştirak edib, 30 qol vurub və 11 məhsuldar ötürmə edib.