O da Səudiyyə Ərəbistanına yollanacaq?

24.06.2024 16:08 248
Dünya futbolu
Bir çox məşhur futbolçular kimi, Pyer-Emerik Obameyanq da karyerasını Səudiyyə Ərəbistanında davam etdirə bilər.

Onunla bağlı xəbəri Ben Ceykobs yayıb. Tanınmış insayder “Əl-Şəbab”ın “Marsel”in hücumçusunun xidmətində maraqlı olduğunu bildirib. Ceykobs həmçinin tərəflərin tezliklə danışıqlara başlayacağını deyib.

Obameyanq “Marsel”də 2023-cü ildən çıxış edir. 35 yaşlı qabonlu futbolçu ötən mövsüm Fransa çempionatında 34 oyuna 17 qol vurub.