Avropalı futbolçu və məşqçilərin Səudiyyə Ərəbistanına axını davam edir.
"Football-plus.az" xəbər verir ki, “Liverpul”un əfsanəsi Robbi Fauler də Asiyanın bu ölkəsində çalışacaq. İngiltərəli mütəxəssis 2-ci divizion təmsilçisi “Əl-Kadisiyə”nin baş məşqçisi təyin edilib. 48 yaşlı keçmiş hücumçu daha əvvəl “Muanqtonq Yunayted” (Tayland), “Brisben Roar” (Avstraliya) və “İst Benqal”da çalışıb.
Qeyd edək ki, Fauler 1993-2001-ci və 2006-07-ci illərdə “Liverpul”da çıxış edib. Mersisayd klubunda ümumilikdə 266 oyun keçirib və 128 qol vurub.