Makdevid mövsümün ən yaxşı hokkeyçisidi

17.07.2024 20:11 314
İdman
“Edmonton”un hücumçusu Konnor Makdevid ESPN şirkətinin keçirdiyi “ESPY Awards” mərasimində 2023/24 mövsümünün ən yaxşı hokkeyçisi elan olunub.

Kanadalı ulduz səsvermədə Nikita Kuçerov (Tampa-Bey), Oston Mettyus (Toronto) və Neytan Makkinnonu (Kolorado) qabaqlayıb. Makdevid bu mükafata ardıcıl 3-cü dəfə yiyələbib. O, 2023/24 mövsümündə müntəzəm çempionatda keçirdiyi 76 oyunda 132 (32+100) xal toplayıb. Stenli kubokunda finala qədər irəliləyən “Edmonton” “Florida”ya 3:4 hesabıyla uduzub. Kanadalı pley-offda keçirdiyi 25 oyunda 42 (8+34) xal toplamaqla Stenli kubokunun ən dəyərli oyunçusu sayılıb.

Kuçerov müntəzəm çempionatın bombardiri (81 oyunda 144 (44+100) xal) üçün nəzərdə tutulan “Art Ross Trofi”, Mettyus isə ən yaxşı snayperə (81 oyunda 69 qol) verilən “Moris Rişar Trofi” mükafatına layiq görülüb.