Milli komandada gözlənilən istefa

17.07.2024 15:45 307
Dünya futbolu
Meksika yığmasında gözlənilən istefa rəsmiləşib.

Baş məşqçi Xayme Losano istefa verib. Meksika Futbol Federasiyası mütəxəssisə müddəti 2030-cu ilin yayınadək nəzərdə tutulan müqavilə təklif edib.

Müqavilənin şərtinə görə, Losano komandanın baş məşqçisi yox, baş məşqçinin köməkçisi ola bilərdi. Bunun səbəbi federasiyanın DÇ-2026 üçün milli komandaya daha təcrübəli məşqçi gətirmək istəməsidi. Lakin Losano bu şərti qəbul etməyib və yığmadan ayrılıb.

Xatırladaq ki, Meksika millisi Amerika Kubokunun B qrupunda 4 xalla 3-cü yeri tutub və pley-offa çıxa bilməyib.