Milli komandada istefa

8.07.2024 17:03 353
Dünya futbolu
Ekvador yığmasında baş məşqçi problemi yaranıb. Feliks Sançes istefaya göndərilib.

Bu barədə yerli federasiyanın mətbuat xidməti məlumat yayıb. Bu qərar komandanın Amerika Kubokunun 1/4 finalında Argentinaya uduzmasından sonra verilib. 48 yaşlı ispaniyalı məşqçi Ekvador millisini 2023-cü ilin martından çalışdırırdı.

O, əvvəllər “Barselona”nın yeniyetmələrdən, Qətərin U-19, U-23 və əsas komandasına başçılıq edib.