Ronald Arauxonun son durumu açıqlanıb.
Uruqvaylı futbolçu uzun müddət futbol oynaya bilməyəcək. O, Amerika Kubokunun 1/4 finalının Braziliya ilə matçında sıradan çıxmışdı. “Barselona”nın müdafiəçisi dizaltı vətərinin qırılmasına görə azı 4 ay futbolsuz qalacaq. 25 yaşlı Ronaldın cərrahiyyə əməliyyatı keçirəcəyi açıqlanıb. Əslində klubun rəsmi məlumatında onun sıraya konkret nə vaxt dönəcəyinə aydınlıq gətirilmir. Lakin bu tip zədəyə görə idmançıların, adətən, azı 4 ay kənarda qaldığı müşahidə olunur.