“Bu onun fikridi, mən bir söz deyə bilmərəm” – Kurban Berdıyev

28.11.2026 19:08
Ölkə futbolu / Manşet
Premyer-liqanın 13-cü turunda “Turan Tovuz” evdə “Kəpəz”i 2:1 hesabıyla məğlub etdi.

Tovuzluların baş məşqçisi Kurban Berdıyev oyundan sonra jurnalistlərin suallarını cavabladı.

- Güman etdiymiz kimi çətin oyun oldu. Rəqibin yaxşı hücum və orda xətti var idi. Sevinirik ki, futbolçularımız xarakter göstərdilər və vacib qələbə qazandıq.

- Penalti epizodunu izləmisiz?
- Baxmamışam deyə, fikir söyləyə bilməyəcəm.

- Xorxe Silvanın yeri görünürdü. Növbəti matçlar haqda nə düşünürsüz?
- Kimin necə hazır olacağına baxacağıq.

- Azər Məmmədov komandasının 1 xalı haqq etdiyini düşünür…
- Bu onun fikridi, mən bir söz deyə bilmərəm.

ƏSƏD SEYİDOV