“Bura 3 xal üçün gəlmişdik” – Azər Məmmədov

28.11.2026 19:00
Ölkə futbolu / Manşet
Premyer-liqanın 13-cü turunda “Kəpəz” səfərdə “Turan Tovuz”a 1:2 hesabı ilə məğlub oldu.

“Football-plus.az” qonaqların baş məşqçisi Azər Məmmədovun oyunsonrası mətbuat konfransından hesabatı təqdim edir.

- Bu matç bizim üçün önəmli idi. Çempionatımızda liderlər sırasında gedən komamdaya qarşı oynayırdıq. Tovuzda futbolçularımız layiqincə oyun nümayiş etdirdi. Komandamız asan şəkildə məğlub olmadı. Gəncədən gələn çoxsaylı azarkeşlərimizə təşəkkür edirəm.

- “Turan Tovuz”da da oynamısız. Çoxdandı belə derbi izləməmişdiz?
- Mən oynayan vaxt “Turan Tovuz” ən yaxşı dövrünü yaşayırdı. Həmin vaxt azarkeş daha çox olurdu.

- “Turan Tovuz”un standart vəziyyətlərinə qarşı komandaya nəyi tapşırmışdız?
- Həftə ərzində müdafiə olunmaq üçün işləyirdik. Pis də alınmırdı.

- İkinci qolu buraxandan sonra köməkçinizə irad bildirdiz. Səhv harda oldu?
- Etibar müəllimə fikrimi bildirdim. İki futbolçu buraxanda hücumu sürətləndirmək istəyirdim. Rəqibin uzun ötürmələrinin qarşısını kəsmək istəyirdik.

- İlin sonuna qədər səfərdə olacaqsız. “Kəpəz”in qarşıdakı həfəfi nə olacaq?
- Baş məşqçi olaraq, futbolçularıma tapşırıqlarımı verirəm. Bura 3 xal üçün gəlmişdik. Növbəti oyunlarda da maksimal xallar əldə etməyə çalışacağıq.

ƏSƏD SEYİDOV