"Football-plus.az" xəbər verir ki, Qvardiola ilə Romario vaxtilə “Barselona”da birlikdə top qovub. Məşqçi karyerasında 41 titul qazanan və bu göstəricidə yalnız Aleks Ferqyusondan (49) geri qalan 55 yaşlı Qvardiola Lionel Messi, Neymar və Kriştiano Ronaldo kimi ulduzlar haqda səmimi etriflar edib.
Onu digər məşqçilərdən ayıran və tarixin ən yaxşılarından biri olmağına yardım edən əsas ünsürün nə olduğu sualına “Messi” cavabını verən ünlü mütəxəssis bunları deyib:
“Messi kimisini heç vaxt görmədim. Hər üç gündən bir het-trik edən, üç məhsuldar ötürmə verən, üstəlik bunu bu qədər uzun illər ərzində edən futbolçudan bəhs edirik. Hətta məşqlərdə də bunu edirdi. “Barsa”da işlədiyim dörd il ərzində məşqdə ikitərəfli oyunlarda bir dəfə də olsun, onun komandasının uduzduğunu xatırlamıram. Nə vaxtsa, bir daha bu cür səviyyədə bir futbolçu görəcəyimi düşünmürəm. Düzdü, yaxşı futbolçular var. Amma məsələ bu səviyyəni fasiləsiz 15-20 il qorumaqdan, bu performansı hər üç gündən bir sərgiləməkdən gedir. Əlbəttə, futbolda bütün rekordlar gec-tez bir gün qırılacaq. Başqa ulduz futbolçular da mütləq peyda olacaq. Amma bu səviyyəni bu qədər uzun müddət ərzində, bu cür estetika ilə və bu qədər çətin işlər görməklə qorumaq, sadəcə, inanılmazdı. Karyeramda çalışdırmaq istəyib, heç vaxt çalışdırmadığım əsas futbolçu Neymardı. 2013-cü ildə “Bavariya”nın başına keçmək üzrə olduğum dönəmdə UEFA-nın bir toplantısı var idi. Neymarın “Barsa”ya keçəcəyi ilə bağlı xəbərlər dolaşırdı. Ancaq anlaşmanın hələ tam baş tutmadığı deyilirdi. Neymarla bir otaqda qalan kimi onunla uzun müddət söhbət etdim. “Bavariya”ya gəlməsi üçün onu dilə tutdum. Futbolda bir çox şeylər haqda danışdıq. Amma sonra öyrəndim ki, “Barselona”ya keçməyə qərar verib. Messi ilə Kriştian Ronaldo əslində bu səviyyədə olmaq üçün bir-birinə yardım etdilər. Biri digərini ötmək üçün həmişə aynanın qarşısına keçib “ondan daha yaxşı olmaq istəyirəm” deyirdi. Məncə, Portuqaliya yığmasının Kriştiano ilə bu şəkildə vidalaşması düzgün deyil. Onun kimi futbolçu yığma ilə layiqli şəkildə vidalaşmalıdı”.




