MY-də ciddi itki

24.08.2023 23:30 212
Dünya futbolu
“Mançester Yunayted”in yeni oyunçularından birinin aqibəti müəyyənləşib.

"Football-plus.az" xəbər verir ki, premyer-liqanın “Tottenhem”lə son matçında (0:2) zədələnən Meyson Maunt uzun müddət oynaya bilməyəcək. Müayinə nəticəsində onun dizaltı vətərinin zədələndiyi məlum olub. İngilis yarımmüdafiəçinin bu səbəbdən təxminən 6 həftə futbolsuz qala biləcəyi ehtimal edilir.