Şeydayev oynamadı, komandası xal itirdi

25.11.2023 11:38 183
Dünya futbolu
Millimizin forvardı Ramil Şeydayevin formasını geyindiyi "Buriram Yunayted" Tayland çempionatında növbəti görüşünə çıxıb.

"Football-plus.az" xəbər verir ki, Şeydayevin komandası 11-ci turda "Ratburi" ilə üz-üzə gəlib.

Qarşılaşma 0:0 hesabı ilə başa çatıb. Ramil bu matçda meydana çıxmayıb və adı da iştirak ərizəsinə daxil edilməyib.

"Buriram Yunayted" hazırda 17 xalla 4-cü pillədədi.