Ramil Şeydayev rəsmən Tailand klubunda

9.07.2023 10:51 298
Aktual
Azərbaycan millisinin hücumçusu Ramil Şeydayevin Tailandın "Buriram Yunayted" klubuna keçidi rəsmiləşib.

"Football-plus.az" xəbər verir ki. bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Onunla bağlanan müqavilənin detalları hələlik açıqlanmayıb.

Qeyd edək ki, Misli Premyer Liqasında ötən mövsüm 22 qolla bombardir olan R.Şeydaydv 2021-ci ilin yayından "Qarabağ"da çıxış edirdi. O, Ağdam klubu ilə bu yay başa çatan müqaviləsini yeniləməyib.