“Zirə”nin Avropa Liqasındakı rəqibi “Şerif” yay transfer çalışmalarını davam etdirir.
“Football-plus.az” Moldova mətbuatına istinadla xəbər verir ki, Tiraspol təmsilçisi braziliyalı müdafiəçisi Rodriqo de Freytas ilə yolları ayırıb. 26 yaşlı futbolçu “Şerif”i Portuqaliyanın 2-ci liqa təmsilçisi “Mafra”ya dəyişib.
2024-cü ildən Moldova klubunun heyətində çıxış edən müdafiəçi 10-u çempionat, 3-ü ölkə kuboku olmaqla 13 oyunda iştirak edib.
KAMAL SƏFƏR