"Şerif" braziliyalı legionerlə yolları ayırdı

2.07.2024 16:51 285
Ölkə futbolu
"Zirə"nin Avropa Liqasının 1-ci təsnifat mərhələsindəki rəqibi "Şerif" (Moldova) futbolçusu Rikardinyo ilə yollarını ayırıb.

"Football-plus.az" xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Klub paylaşımında 34 yaşlı braziliyalı legionerlə vidalaşıb.

Qeyd edək ki, Rikardinyo 2013/16, 2017 və 2023-cü illərdə "Şerif"də oynayıb. O, klubla 5 dəfə Moldova çempionu, 3 dəfə isə ölkə kubokunun qalibi olub.