"Zirə"nin Avropa Liqasının 1-ci təsnifat mərhələsindəki rəqibi "Şerif" daha bir futbolçuyla vidalaşıb.
"Football-plus.az"ın məlumatına görə, söhbət Anas Ouahimdən gedir. Mərakeş millisinin sabiq üzvü, müqaviləylə "Herakl"a (Niderland) məxsus hücumçu "Şerif"in şərəfini icarə əsasında qoruyurdu. Moldova klubunun heyətində bütün turnirlərdə 26 oyun keçirən futbolçu 2 qol, 2 məhsuldar ötürmə ilə yadda qalıb. Ouahim karyerasını "Sidney"də (Avstraliya) davam etdirəcək.
Qeyd edək ki, "Zirə" "Şerif"i səfər matçında məğlub edib - 1:0. Cavab oyunu iyulun 18-də olacaq.
KƏNAN BAHADIR