"Zirə"nin Avropa Liqasının 1-ci təsnifat mərhələsindəki rəqibi "Şerif" (Moldova) qanalı futbolçu transfer edib.
"Football-plus.az" xəbər verir ki, Moldova təmsilçisi Nana Kvame Boakye ilə müqavilə imzalayıb.
Qananın U-20 millisinin üzvü bu gün baş tutacaq "Zirə" ilə oyunda debüt edə bilər. Futbolçu indiyədək karyerasını vətənində yeniyetmə və gənclərdən ibarət komandalarda keçirib. Bu, onun ilk peşəkar müqaviləsidi.
Qeyd edək ki, bu gün Tiraspol şəhərindəki "Şerif Arena"da reallaşacaq "Şerif" - "Zirə" qarşılaşması Bakı vaxtı ilə saat 21.00-da start götürəcək.