Millimizin hücumçusu Ramil Şeydayevin legioner həyatı sona çatdı. Türkiyənin 1-ci liqa təmsilçisi "Kocaelispor"dan ayrılan hücumçu karyerasına "Neftçi"də davam edəcək.
Bəs Kocaeli camiəsi onun gedişini necə qarşıladı? Həmyerlimiz azarkeşlərin yadında necə qaldı?
"Football-plus.az" Ramilin "Kocaelispor"dan ayrılmasına münasibət bildirən tərəfdarların fikirlərini təqdim edir.
Sərvət Cantürk: "Qalmalıydı. Yerli statusuyla oynaya biləcək keyfiyyətli futbolçu idi. Ən azı ehtiyat oyunçular skamyasında güvəniləcək biri olardı"
Ethem İşıq: "Çox şükür, ya Rəbb! Əvvəldən deyirdik ki, Ramil Türkiyəyə futbol oynamağa gəlməyib. Nəhayət, getdi. Azərbaycanlılar da gəlib onu tərifləyirdi... Nə isə, ötənilki bütün yanlış seçimlərdən xilas olduq".
Yüksəl Pınar: "Ramil yaxşı oyunçudu. Sadəcə, "Kocaelispor"da özünü kəşf edə bilmədi"
Qəhrəman Cümhur: "Bu futbolçu, sadəcə, modeldi. "Şişirdilmiş" model!"
Kamal Bahadır: "Oyunlara bilet alan azarkeşlər komandaya Ramildən daha çox fayda verdi"
Hikmət Oxumuş: "Nəhayət, xoş bir xəbər!"
Məhəmməd Tutar: "Onu Almaniya millisinə vurduğu qoldan sonra izləməyə başlamışdım. "Kocaelispor"a gəldiyini eşidəndə çox sevindim. Amma təəssüf ki, olmadı".
Alim Buruş: "Tam doğru qərar! Komandaya hansısa faydası olmadı. İnşallah, daha yaxşı hücumçu gələr"
Vulkan Alşəngi: "Aldığı bir qəpiyi belə haqq etməyən adam!"
Kərim Ərgin: "Əsas odu ki, maaşımı alım, komandaya nə olursa, olsun düşüncəsiylə yaşayan futbolçu idi. "Kocaelispor" daha yaxşılarına layiqdi"
Ləvənt Sünnətçi: "Tək üzüldüyüm məsələ ona verilən pullardı"
KƏNAN BAHADIR