Ramilin komandası mövsümün son oyununda uduzdu

12.05.2024 15:30 158
Dünya futbolu
Türkiyə 1-ci Liqasında bu mövsümün sonuncu-34-cü turun oyunları keçirilib.

“Football-plus.az” xəbər verir ki, millimizin hücumçusu Ramil Şeydayevin çıxış etdiyi "Kocaelispor" "Sakaryaspor"u qəbul edib və 0:2 hesabı ilə uduzub.

Ramil Şeydayev görüşə ehtiyat oyunçular skamyasında başlayıb və 60-cı dəqiqədə meydana daxil olub.

34 turdan sonra 55 xal toplayan "Kocaelispor" mövsümü 6-cı pillədə başa vurub. Komanda Superliqaya yüksəlmək üçün pley-offda iştirak edəcək.