Millimizin üzvünün komandası heç-heçə etdi

14.07.2024 13:49 335
Dünya futbolu
Cənubi Koreya çempionatında 23-cü turun oyunları keçirilib.

“Football-plus.az” xəbər verir ki, Azərbaycan millisinin müdafiəçisi Anton Krivotsyukun formasını geyindiyi "Daejeon" bu turda "Qanqvon"u qəbul edib. Matç 1:1 hesabı ilə yekunlaşıb. Meydana start heyətində çıxan Anton 46-cı dəqiqədə əvəzlənib.

Xatırladaq ki, "Daejeon" 20 xalla 12-ci pillədə qərarlaşıb.