"Səbail" "Ərzurumspor"la üz-üzə

11.07.2024 11:41 291
Ölkə futbolu
Türkiyənin Ərzurum şəhərində təlim-məşq toplanışında olan "Səbail" bu gün ilk yoxlama oyununu keçirəcək.

"Football-plus.az" xəbər verir ki, Şahin Diniyevin baş məşqçisi olduğu komanda qardaş ölkənin 1-ci liqa təmsilçisi “Ərzurumspor”la üz-üzə gələcək.

Qarşılaşma Bakı vaxtı ilə saat 17.00-da start götürəcək.

Qeyd edək ki, iyulun 13-də superliqa klubu "Hatayspor"la qarşılaşacaq "dənizçilər"in sonuncu rəqibi hələlik bəlli deyil.