“Neftçi” Türkiyədə 4 yoldaşlıq matçı keçirəcək

8.07.2024 18:23 326
Premyer-liqa
"Neftçi" bu gün Türkiyənin Ərzurum bölgəsində təlim-məşq toplanışına start verib.

"Football-plus.az” xəbər verir ki, komanda qardaş ölkədə dörd yoxlama oyunu keçirməyi planlaşdırır.

Qeyd edək ki, Ərzurumdakı toplanış iyulun 26-da başa çatacaq. Hazırlıq prosesinin ilk mərhələsi Bakıda gerçəkləşib.