“Liverpul”dan ayrılan Adrianın yeni klubu müəyyənləşib.
37 yaşlı qapıçı sabiq klubu “Betis”ə qayıdıb. İspaniya klubunun mətbuat xidmətinin məlumatında onunla 2 illik müqavilə imzalanındığı bildirilib.
Qeyd edək ki, Adrian “Betis”in yetirməsidi. O, bu klubun əsas heyətində 32 matça çıxdıqdan sonra 2013-cü ildə İngiltərəyə yollanıb. Adrian bu ölkədə “Vest Hem” və “Liverpul”un formasını geyib. İspan qapıçı “qırmızılar”ın heyətində İngiltərə çempionatının, ölkə kubokunun, UEFA Superkubokunun və Klublararası Dünya Çempionatının qalibi olub.