Arturo Vidalın yeni klubu müəyyənləşib.
"Football-plus.az" xəbər verir ki, o, doğma klubuna qayıdıb.
Çili yığmasının yarımmüdafiəçisi bu ay Braziliyanın “Atletiko Paranaense” klubundan ayrıldıqdan sonra azad agent statusunda idi. Vidal yenidən “Kolo-Kolo”nun formasını geyəcək. Çili klubunun saytının məlumatında onunla bağlanan müqavilənin müddətinin birilliyə nəzərdə tutulduğu bildirilib.
Qeyd edək ki, Vidal “Kolo-Kolo”nun yetirməsidi. Bu komandada ilk dəfə 2005-07-ci illərdə çıxış edib. 36 yaşlı futbolçu sonra “Bayer-04”, “Yuventus”, “Bavariya”, “Barselona”, “İnter” və “Flamenqo”da da top qovub.