Yeni mövsüm premyer-liqada mübarizə aparacaq “Araz-Naxçıvan” növbəti transferini reallaşdırıb.
"Football-plus.az" klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, İsmail Azzaoui Naxçıvan təmsilçisinin formasını geyinəcək. 25 yaşlı futbolçu ilə 1 illik müqavilə imzalanıb.
Mərakeş əsilli Belçika vətəndaşı olan yarımmüdafiəçi müxtəlif illərdə RSCA-nın U-18 (Belçika), “Tottenhem”in U-18 və U-21 (İngiltərə), “Volfsburq” (Almaniya), “Villem II” (Niderland) və “Herakles” (Niderland) klublarında çıxış edib.
Xatırladaq ki, "Araz-Naxçıvan" bundan əvvəl Vanderson Kavalkante Melo, Nuno Miguel Rodriguesi, Semir Bukviç, Turan Manafov, Nihat Qurbanlı, Nicat Süleymanov, Elçin Mustafayev, Abdulla Rzayev, Numan Kurdiç, Zamiq Əliyev, Muhammed Kadiri heyətinə qatıb.