"Kəpəz"dən növbəti transfer

23.08.2023 15:15 237
Ölkə futbolu
"Kəpəz" daha bir transferi reallaşdırıb.

"Football-plus.az" klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Gəncə təmsilçisi Vüsal Məsimovla anlaşıb.

23 yaşlı cinah müdafiəçisi ilə bir illik müqavilə imzalanıb.

Son olaraq "Turan Tovuz" klubunda çıxış etmiş Məsimov 2021/22-ci illər mövsümündə "Kəpəz"in heyətində oynayıb.