"Kəpəz" nigeriyalı futbolçunun transferini açıqladı

17.07.2023 14:50 263
Ölkə futbolu
"Kəpəz" heyətini daha bir futbolçu ilə gücləndirib.

"Football-plus.az" klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Olavale Onanuqa ilə bir illik müqavilə imzalanıb.

Nigeriyalı futbolçu dayaq yarımmüdafiəçisi mövqeyində oynayır. 25 yaşlı Onanuqanın son klubu Albaniyada "Kastrioti" olub.