Malta - Azərbaycan matçının başlama saatı bilindi

21.07.2022 11:32 454
Yığma
Qadın futbolçulardan ibarət Azərbaycan milli komandasının Dünya çempionatının seçmə mərhələsi çərçivəsində Malta yığma komandasına qarşı keçirəcəyi səfər oyununun başlama saatı məlum olub.

"Football-plus.az" xəbər verir ki, Malta - Azərbaycan oyunu sentyabrın 2-də, Ta`Qali şəhərindəki Malta Milli stadionunda saat 21.30-da başlayacaq.