Qazaxıstan – Azərbaycan oyunun məkanı və başlama saatı

9.09.2023 15:15 296
İdman
Futzal millimizin DÇ-2024-ün elit mərhələsində Qazaxıstanla keçirəcəyi səfər oyununun yeri və başlama saatı açıqlanıb.

"Football-plus.az" xəbər verir ki, Azərbaycan Futzal Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, görüş oktyabrın 11-də Astanadakı “Jekpe-Jek Arena”da təşkil olunacaq.

Matçın start fiti Bakı vaxtı ilə saat 18.00-da səslənəcək.

Qeyd edək ki, bu arena 2019-cu ildə istifadəyə verilib. İdman qurğusunda bir neçə idman növü üzrə beynəlxalq yarışlar və festivallar keçirilib.