Millimizin Türkiyə ilə səfər oyununun yeri bəlli oldu

20.03.2024 17:00 169
Ölkə futbolu / Yığma
Qadın futbolçulardan ibarət millimizin Avropa çempionatının seçmə mərhələsində Türkiyə ilə keçirəcəyi səfər oyununun yeri müəyyənləşib.

“Football-plus.az” xəbər verir ki, komandalar qrupun 4-cü turu çərçivəsində iyunun 4-də Erzincanda üz-üzə gələcəklər.

Qarşılaşma 13000 tamaşaçı tutumuna malik “13 Şubat” stadionunda reallaşacaq.

Millimizin oyunlarının təqvimi belədir:

5 aprel: Macarıstan – Azərbaycan

9 aprel: Azərbaycan – İsveçrə

31 may: Azərbaycan – Türkiyə

4 iyun: Türkiyə – Azərbaycan

12 iyul: Azərbaycan – Macarıstan

16 iyul: İsveçrə – Azərbaycan