Millimizin heyətində dəyişiklik

27.05.2024 14:32 174
Ölkə futbolu
19 yaşadək futbolçulardan ibarət millimizin heyətində dəyişiklik edilib.

"Football-plus.az" xəbər verir ki, “Zirə”nin oyunçusu Rəvan Qaraəhmədli zədələndiyi üçün kollektivə qoşulmayıb. Onun yerinə komanda yoldaşı Yusif Hacıyev milliyə dəvət olunub.

Qeyd edək ki, U-19 bu gündən iyunun 2-dək Bakıda təlim-məşq toplanışı keçəcək. Komanda ardından yoldaşlıq turniri üçün Moldovaya yollanacaq. Millimiz orada Qazaxıstan, Türkiyə və meydan sahibləri ilə qarşılaşacaq.