"Səbail"dən növbəti transfer

21.01.2024 21:46 204
Premyer-liqa
“Səbail” qış transfer dönəmində növbəti futbolçunun keçidini reallaşdırıb.

"Football-plus.az" xəbər verir ki, klub Madi Quetanın ardından keniyalı futbolçu Ayub Masika ilə mövsümün sonuna qədər müqavilə imzalayıb. Son olaraq, Çinin 2-ci liqa klubu “Nanjinq Siti”də çıxış etmiş 31 yaşlı yarımmüdafiəçi karyerası ərzində “Genk”, “Lierse”, “Beinjing Renhe”, “Ridinq”, “Vissel Kobe”, “Buriram Yunayted” klublarının şərəfini qoruyub. Keniya millisinin üzvü olan Masika 28 qarşılaşmada 4 qola imza atıb.