“Zirə” sabah Avropa Liqasının 1-ci təsnifat mərhələsində “Şerif”in qonağı olacaq.
Beləliklə, “qartallar” tarixində ikinci dəfə bu turnirdə top qovacaq.
Klubun mətbuat xidmətinin rəhbəri Elmar Abdullazadəylə əlaqə saxlayıb, düşərgədəki durum haqda məlumat aldıq. Onun “Football-plus.az”a dedikləri:
“Hazırda Tiraspoldayıq. Komandada hər şey qaydasındadı. Şükür Allaha, hansısa zədəlimiz yoxdu. Əhval-ruhiyyə yüksək səviyyədədi. Futbolçular axşam oyunöncəsi son məşqə çıxacaq. Ümid edirik ki, həmin vaxt hansısa bəxtsizlik olmayacaq. Bununla matça tam hazır olacağıq”.
Qeyd edək ki, oyun sabah saat 21.00-da başlayacaq.
KƏNAN BAHADIR