“Azarkeş marağı? Stadion dolu olacaq” – oyuna 3 saat qaldı!

15.02.2024 21:00 223
DÇ 2026 / Manşet / Avropa Liqası
Avropa Liqasının pley-off mərhələsinin “Braqa” – “Qarabağ” matçına 3 saat qaldı.

Bunu nəzərə alıb “köhlən atlar”ın mətbuat xidmətinin rəhbəri Anar Hacıyevlə əlaqə saxladıq. Ondan bu suallara cavab istədik: düşərgədə son durum necədi? Oyuna azarkeş marağı hansı səviyyədədi? Son məşqdə zədələnən olmayıb ki?

Anar bəyin “Football-plus.az”a dedikləri:

“Hər şey qaydasındadı. Marko Veşoviçin cəzalı, Kevin Medinanın zədəli olduğunu bilirsiz. Başqa çatışmazlıq yoxdu. Azarkeş marağı? Stadion dolu olacaq. Şəhərin özündə hiss olunmasa da, futbolsevərlərin matça marağı böyükdü”.


KƏNAN BAHADIR