Qırğızıstan yığmasında istefa

7.04.2023 17:32 241
Dünya futbolu
Qırğızıstan yığmasında baş məşqçi problemi yaranıb.

"Football-plus.az" xəbər verir ki, Aleksandr Krestinin bu vəzifəni tərk edib.

Qırğızıstan Futbol İttifaqının saytının məlumatına görə, rusiyalı mütəxəssislə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib. 44 yaşlı Krestinin milli komandanı 2014-cü ildən çalışdırırdı. O, 2017-21-ci illərdə eyni zamanda yerli “Dordoy”a da başçılıq etmişdi.