Nəyə görə Kişvarda? - “Sabah” rəsmisi açıqladı

8.07.2024 15:52 381
Aktual / Ölkə futbolu
“Sabah”ın “Makkabi” ilə səfər oyununu Macarıstanın Kişvarda şəhərində keçirəcəyini xəbər vermişdik.

Konfrans Liqasının 2-ci təsnifat mərhələsindən mübarizəyə başlayacaq “bayquşlar” Macarıstan şəhərinin “Varkert” stadionunda ilk oyununa çıxacaq. Qarşılaşmanın Kişvarda şəhərinə salınması isə maraq doğurdu. Görəsən, UEFA-nın hansısa başqa seçimi də var idi? Masazır təmsilçisinin mətbuat xidmətinin rəhbəri Elnur Həmidovun “Football-plus.az”a açıqlaması belə oldu:

“Oyunun harda keçiriləcəyinə meydan sahibi komanda qərar verir. UEFA da təqdim edilən stadion meyarlara uyğundusa, təsdiq edir. Yəni burda bizim klubdan asılı bir məsələ yoxdu”.

Qeyd edək ki, iyulun 25-də keçiriləcək oyun Bakı vaxtı ilə saat 21.15-də start götürəcək.

KAMAL SƏFƏR