"Sabah"ın Konfrans Liqasındakı ilk oyununun vaxtı dəyişdirildi

21.07.2023 16:08 317
Konfrans Liqası
“Sabah”ın Konfrans Liqasının 2-ci təsnifat mərhələsində Latviya RFŞ-i ilə ilk - səfər matçının tarixi dəyişdirilib.

"Football-plus.az" UEFA-nın saytına istinadən xəbər verir ki, oyun iyulun 27-də yox, iyulun 26-da keçiriləcək. Görüş Bakı vaxtı ilə saat 20.00-da start götürəcək.

Qeyd edək ki, “Sabah”ın RFŞ ilə cavab qarşılaşması avqustun 3-də Bakıda keçiriləcək.