Məlum səbəbdən səfər oyununun İsraildə təşkili mümkün deyil. Əvvəlcə “Makkabi” – “Sabah” oyununun Macarıstanda keçiriləcəyi deyilirdisə, indi də Bolqarıstanda və Slovakiya variantları hallanır.
Rəqib komanda sizə bununla bağlı müraciət edibmi? UEFA bu məsələ ilə bağlı “Sabah”la məsləhətləşibmi? Hansi variant sizin üçün daha cəlbedicidi? Bu sualları “Sabah”ın mətbuat xidməti rəhbəri Elnur Həmidova ünvanladıq:
“Makkabi”nin bizi harda qəbul edəcəyi ilə bağlı məsələ UEFA ilə rəqib komanda arasında razılaşdırılır. Bizə yalnız oyunun harda keçiriləcəyi ilə bağlı məlumat göndəriləcək”.
Bu arada “Makkabu” Konfrans Liqasına hazırlıq çərçivəsində ilk yoxlama matçını keçirib. Hayfalılar adaşı – Petah-Tikva "Makkabi"si ilə qarşılaşıb və uduzub - 1:3.
Xatırladaq ki, "Sabah" "Makkabi" ilə ilk oyunu iyulun 25-də səfərdə, cavab görüşünü isə avqustun 1-də Bakıda keçirəcək.
ƏSƏD SEYİDOV





