Rumıniya yığması təqdirəlayiq hərəkəti ilə diqqəti cəlb edib.
Artıq qitə çempionatında mübarizəni dayandıran milli komanda səliqə-səhmana ciddi fikir verməsi ilə yadda qalıb.
1/8 finalda Niderlanda məğlubiyyətdən (0:3) sonra internetdə yığmanın paltardəyişmə otağından fotolar yayılıb.
Rumıniyalılar turniri tərk etdikdən sonra həmin otağı təmizləyib, ora rumın və ingilis dillərində yazılan təşəkkür məktubu qoyublar.
Qeyd edək ki, belə alqışalayıq mənzərəyə matçın keçirildiyi Münhendəki “Allyants Arena”da təsadüf olunub.