“Sabah” ilk yoxlama matçında qələbə qazandı

6.07.2024 23:32 335
Premyer-liqa
"Sabah" Sloveniya toplanışı çərçivəsində bu gün ilk yoxlama oyununu keçirib.

“Football-plus.az” xəbər verir ki, Masazır təmsilçisi yerli "Koper" klubu ilə üz-üzə gəlib. Qarşılaşma Krunoslav Renduliçin yetirmələrinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.

"Sabah"ın heyətində Abdulla Xaybullayev fərqlənib.