Millimiz "Sabah"la heç-heçə etdi

28.11.2022 09:30 510
Yığma
Bakıda təlim-məşq toplanışında olan 16 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası hazırlıq çərçivəsində növbəti yoxlama oyununu keçirib.

"Football-plus.az" xəbər verir ki, “Sabah”ın U-17 komandasına qarşı keçirilmiş qarşılaşma 1:1 hesabı ilə başa çatıb.

U-16-nın heyətində 19-cu dəqiqədə Şahismayıl Cəfərov fərqlənib.