"Sabah" derbidə qələbə qazandı

14.07.2022 21:15 382
Premyer-liqa
Bu gün “Sabah” və “Səbail” klubları yoxlama matçında üz-üzə gəlib.

Football-plus.az xəbər verir ki, “Bank Respublika Arena”da keçirilən matç ev sahiblərinin qələbəsilə başa çatıb. “Sabah”ın qollarını Ceyhun Nuriyev(2) və Camal Cəfərov vurub.

“Səbail”dən isə Franko Mazurek penaltidən fərqlənib. Beləliklə, görüş 3:1 hesabı ilə "Sabah"ın xeyrinə yekunlaşıb.

Bundan əvvəl "Sabah" yoxlama matçında "Sumqayıt"a (1:2) məğlub olmuşdusa, "Səbail" "Kəpəz"ə (3:1) qalib gəlmişdi.