Transfer işlərində ləng davranan “Kəpəz”in danışıq apardığı futbolçulardan birinin qapıçı Orxan Sadıqlı olduğu deyilir. “Sumqayıt”dan ayrılan qolkiperin “Kəpəz”ə dönəcəyi gözlənilirdi. Lakin hələ də bu barədə yenilik yoxdu.
Bəs Adil Şükürov Orxanın transferində maraqlıdırmı?
Bununla bağlı Gəncə klubunun baş məşqçisi Adil Şükürovdan bilgi aldıq. Onun “Football-plus.az”a cavabı belə oldu:
“Bu, heç müzakirə mövzusu deyil. Demək olar ki, söhbət artıq qapanıb. Öz qapıçılarımız var. Hansı ki, yerli qolkiperlərlə razılaşmışıq. Bura gəlməsi ilə bağlı xəbərlər hardan çıxıb, onu da bilmirəm. Ümumiyyətlə, belə danışığımız olmayıb. Yəni Orxanın bura gəlişi doğru deyil".
Qeyd edək ki, Orxan Sadiqlı ötən mövsüm “Kəpəz”dən “Sumqayıt”a keçmişdi. Bir müddət əvvəl “kimyaçılar”la da sağollaşan təcrübəli qapıçı hazırda klubsuzdu.