“Kəpəz” Orxana ikinci dəfə qapı açmadı?

3.07.2024 19:10 403
Ölkə futbolu / Manşet
Bir neçə gün əvvəl “Sumqayıt”dan ayrılan Orxan Sadiqlı hələ özünə yeni klub tapa bilməyib.

Sonuncu dəfə saytımıza verdiyi müsahibədə bir neçə klubla danışıq apardığını desə də, görünür, tərəflər onun xidmətində o qədər də maraqlı deyil. Maraqlı məqam isə qolkiperə “Kəpəz”dən də gözlənilən təklifin gəlməməsi olub.

Belə ki, Adil Şükürov onu sərəncamında görmək istəsə də, hələ səs-soraq yoxdu. Axı Orxan bizimlə danışanda “Kəpəz”ə qayıtmağa həvəsli olduğuğu, “klub dəvət göndərsə, çox danışıq etmərəm, qayıdaram” demişdi. Fəqət Gəncə təmsilçisi tələsmir. Hər halda, növbəti mövsüm üçünhazırlığa qərar verən “sarı-göylər” də, elə Sadiqov da vaxtında qərar verməlidi.

Son durumu öyrənmək üçün Orxanla əlaqə saxladıq. Onun “Football-plus.az”a cavabı isə “hələ bir xəbər yoxdu, gözləyirəm” oldu.

Qeyd edək ki, 31 yaşlı qapıçı ötən il “Kəpəz”dən “Sumqayıt”a transfer olunmuşdu.

RÖYANƏ OĞUZ